Milyonları mənimsəyən Gündüz Əliyev niyə həbs olunmur..? Məhkəmə prosesi niyə 6 aydan çoxdur davam edir..?

 
 

Milyonları mənimsəyən Gündüz Əliyev niyə həbs olunmur..? Məhkəmə prosesi niyə 6 aydan çoxdur davam edir..?

  Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini, İH-nin şəhər təsərrüfatı şöbəsinin müdiri, Sumqayıt Dövlət Universitetinin fəlsəfə kafedrasının baş müəllimi Gündüz Əliyevin cinayət əməlləri barədə ölkə mediasında kifayət qədər yazılıb.

Onun mebel sexlərini, restoranlarını, gündüz idman zalı, gecələr quşxana kimi fəaliyyəyt göstərən obyektlərini, Sumqayıt bulvarındakı əyləncə mərkəzlərini, Sumqayıtdakı nəqliyyat şirkətlərini ələ keçirməsini, MTN işində mebel istehsalçısı kimi izahat verməsini, Zakir Fərəcovun maxinasiyalarını icra etməsini və digər qanunsuz əməllərini bir kənara qoyaraq, konkret olaraq bir məsələnin üzərində dayanmaq istəyirik.

Belə ki, ölkə mediasında 7 ay öncə yayılan rəsmi xəbərdən bəlli olur ki, Gündüz Əliyev və onun cinayətkar dəstəsi 1 milyondan çox dövlət vəsaitini mənimsəyib: Gündüz Əliyev, onunla birgə ittiham olunan “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsinin sabiq baş mühasibi Gülnarə Bayramova və tanışları – Elxan Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və cinayət işi məhkəmə baxışı sentyabrın 12-nə təyin edilib. Qeyd edək ki, təqsirləndirilən şəxslərin sahibkarlıq fəaliyyəti adı altında 2012-2019-cu illər ərzində keçirilmiş dövlət satınalmaları və müqavilələr üzrə xüsusilə külli miqdarda pul vəsaitlərini nağdlaşdıraraq mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib. Cinayət işi materiallarına əsasən, Gülnarə Bayramova və Gündüz Əliyev Elxan Əsədov vasitəsilə təsis etdikləri 41 hüquqi şəxsin qanuni fəaliyyətlə məşğul olması görüntüsü yaradaraq Sumqayıt şəhər Səhiyyə Şöbəsindən 5 milyon 716 min 684 manat məbləğində pul vəsaitini həmin şirkətlərə köçürülməsinə nail olub. Köçürülmüş pul vəsaitinin bir hissəsi, yəni 1 milyon 613 min 334 manat məbləğində hissəsi Gündüz Əliyevin dəstəsi tərəfindən mənimsənilib. İş üzrə toplanmış mötəbər sübutlar əsasında Gülnarə Bayramova və Gündüz Əliyevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və digər maddələri, Elxan Əsədova isə həmin Məcəllənin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə köməkçilik), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik) və digər maddələri ilə yekun ittiham elan edilib. Yeri gəlmişkən, mediada baş mühasib Gülnarə Bayramovanın Gündüz Əliyevin bacısı, bəzi mənbələrdə qardaşı qızı olduğu qeyd edilir. Bura qədər yazdıqlarımız rəsmi məlumatdır. Vallahi, qəribə zəmanədə yaşayırıq. 2 qoyun oğurlayana 5-6 il cəza verirlər. Amma Gündüz Əliyev dövlətin 1 milyondan çox pulunu mənimsəyib, ona gözün üstə qaşın var deyən yoxdur. Niyə..? Təəsvvür edirsiniz, ötən ilin sentyabr ayından məhkəmə prosesi gedir və hələ də bitmək bilmir. Bir soruşan yoxdur ki, 7-8 ay məhkəmə prosesi olar..? Axı, bu çox sadə məhkəmə işidir. Xaricdən şahid-zad gətirilməli deyil, istintaq prosesi mürəkkəb ekspertiza-zad tələb etmir. Bu üçlük satınalma yolu ilə dövlətin 1 milyondan artıq pulunu mənimsəyib. Bu qədər sadə və bəsit. Belə olan halda məhkəmə prosesi niyə 7 ay uzanır..? Deməli, icazə verin, şübhələnək ki, hakimlərlə Gündüz Əliyev arasında bazarlıq söhbəti gedir. Bəlkə, Gündüz Əliyevə bəraət verəsiniz, cənablar..? Amma unutmayın ki, biz bir media olaraq bu məsələnin ört-basdır edilməsinə imkan verməyəcəyik. Və bu məsələni bir başa ölkə prezidenti səviyyəsində nəzarətə götürülməsinə çalışacağıq.

P.S. Bütün bu yazdıqlarımız öz yerində. Görəsən filosof Gündüz Əliyev SDU-nin tələbələrinin qarşısına hansı üzlə çıxır..? Filosof Gündüz tələbələrinə rüşvət və korrupsiyanın fəslsəfəsini öyrədir..? SDU-nin yeni rektoru Rüfət Əzizov Gündüzün əməlləri barədə nə düşünür..? Suallar çoxdur. Araşdırmamz davam edir. Bizi izləyin. Növbəti yazıda Ali Məhkəmənin yeni sədri cənab İnam Kərimova müraciət edəcəyik.

 

 

0.07730507850647