Astarada keçmiş məhkumdan külli miqdarda narkotik vasitə aşkarlandı - FOTO

Astarada keçmiş məhkumdan 10 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər bir neçə dəfə məhkum olunmuş İman Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin, metamfetamin və marixuana aşkarlanaraq götürülüb. Həmin şəxsin xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi müəyyən edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq onun şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə edərək Ələt-Astara yolunun Şahağacı kəndindən keçən hissəsində yolun kənarında gizlətdiyi yeddi kiloqram marixuana, iki kiloqram heroin, bir kiloqram metamfetamin aşkarlanaraq götürülüb.

Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

 

 

Faktla bağlı araşdırma aparılır.

 

 

0.023993968963623