Xızıda əməliyyat: Yarım kiloqram narkotik, beş ədəd silah... - FOTO

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi və saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Səfər Səfərov saxlanılıb.

Həmin şəxsin üzərindən yarım kiloqrama yaxın (460 qram) narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Xızı RPŞ-də  Səfər Səfərovun barəsində cinayət işi başlanılıb.

 

 

Həmçinin, şöbə əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 5 ədəd tüfəng təhvil götürülüb.

 

 

0.041055202484131