Elza Seyidcahan ilə Flora Kərimova arasında qalmaqal: Mikrofonu çırpıb getdi - VİDEO

Xalq artisti Flora Kərimova və Əməkdar artist Elza Seyidcahan arasında gərgin anlar yaşanıb.

Oxu.Az xəbər verir ki, buna səbəb Flora Kərimovanın Elza Seyidcahanın geyiminə irad bildirməsi olub.

Belə ki, Flora xanım Elzanın Xalq artisti Rafael Dadaşovun dəfn mərasiminə tacda qatılmasını tənqid edib.

“Necə geyinirsiniz geyinin, mənə dəxli yoxdur. Mənə Azərbaycan qadını kimi aidiyyəti var. Buna ixtiyarım çatır. Çünki mən sənətin sənətkarıyam. Bundan başqa, qadın və azərbaycanlıyam. Bir ara inciyib Polşaya getmişdim. Orada bir aktrisa var idi, gündəm olmaq üçün müxtəlif pozalar verirdi. O bunu məşhur olmaq üçün edirdi. Lakin məşhur olmağın keyfiyyətləri var. Bu gün bir qayınana kimi keyfiyyətsiz bir oğlana qızımı verməzdim”.

 

 

Ona cavab olaraq Seyidcahan - “Əgər sizin mənim keyfiyyətimə şübhəniz varsa, əqidəm bir olub. Siz, üzr istəyirəm, ancaq külək kimi əsmisiniz”, - deyə bildirib.

Daha sonra onun mikrofonu söndürülüb və tərəflər arasında mübahisə davam edib. Sonda Seyidcahan mikrofonu yerə çırparaq efiri tərk edib.

Daha ətraflı ARB TV-nin süjetində: 

Bizimlə əlaqə saxlayın

0.067584991455078