Kəpəz”in yeni transferi: “Komandanı çətin vəziyyətdən çıxarmaq istəyirik”

Komandanı çətin vəziyyətdən çıxarmaq istəyirik”.

BakuPress.Az xəbər verir ki, bunu “Kəpəz”in qış fasiləsində heyətinə cəlb etdiyi Amil Yunanov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

30 yaşlı futbolçu yeni komandasında əlindən gələni edəcəyini söyləyib:

“Kəpəz” köklü klubdur, Gəncədə futbolu çox sevirlər. Bura gəldiyim üçün xoşbəxtəm. Burada yaxşı kollektiv var. Klub üçün faydalı olacağıma inanıram. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Gəncəli azarkeşlərdən istəyim budur ki, bizə dəstək olsunlar”.

Əvvəlki klubu “Səbail”də az oyun imkanı qazandığını bildirən hücumçu Gəncə təmsilçisində daha uğurlu olacağına inanır:

 

 

“Əvvəlki komandamda az oyun şansı əldə edirdim. “Kəpəz”də daha uğurlu çıxış edəcəyimə inanıram. Baş məşqçi Adil Şükürovun dəvəti ilə bura gəlmişəm. Əvvəlki formamdan daha yaxşı olmaq istəyirəm”.

A.Yunanov digər hücumçularla rəqabət aparmağa hazır olduğunu vurğulayıb:

“Hər bir futbolçu üçün rəqabət çox yaxşıdır. Rəqabətsizlik mühitində futbolçu rahatlaşır. Məşqlərdə, oyunlarda əlimdən gələni edəcəyəm ki, əsas heyətə düşüm”.

Qeyd edək ki, Amil Yunanov mövsümün ilk yarısında “Səbail”in heyətində 12 oyunda 182 dəqiqə meydanda olub.

0.16334700584412