Netanyahudan İsrail və Fələstin arasında sülh üçün ÜÇ ŞƏRT

İsrail Baş naziri Benyamin Netanyahu Fələstinlə sülh üçün üç şərt irəli sürüb.

Onun sözlərinə görə, Fələstin cəmiyyəti deradikallaşdırılmalı, Qəzza zolağı demilitarizasiya edilməli, HƏMAS qruplaşması isə məhv edilməlidir.

“Fələstində vətəndaş cəmiyyəti formalaşdırılmalıdır ki, xalq terroru maliyyələşdirmək əvəzinə ona qarşı mübarizəni dəstəkləsin”, - deyə Benyamin Netanyahu bildirib.

Siyasətçi İkinci Dünya müharibəsində məğlubiyyətdən sonra Almaniya və Yaponiyanın timsalında deradikallaşma təcrübəsini qeyd edib. O vurğulayıb ki, hazırda bu ölkələr Avrasiyada sülh və firavanlığa töhfə verirlər.

 

 

Netanyahunun sözlərinə görə, bu gün müharibənin bitməsi ehtimalı çox azdır.

“Hamı məndən yalnız bir şey istəyir: dayanmamağı və sona qədər davam etməyi”, - deyə o əlavə edib.

Mənbə: “Wall Street Journal”

0.036662817001343