Elm adamlarından yeni kəşf: İnsanlar nə vaxt öləcəklərini biləcəklər?

Nature Computational Science” elmi jurnalının alimləri insanın həyat hekayəsindən istifadə edərək onun necə yaşayacağını və nə vaxt öləcəyini proqnozlaşdıra bilən alqoritm hazırlayıb.

“Life2vec” adlandırılan modelin doğruluq payı təxminən 78 faiz təşkil edir ki, bu da oxşar həyati məlumatları proqnozlaşdıran digər alqoritmlərlə ekvivalent təşkil edir.

Onu digər modellərdən fərqləndirən cəhət isə ChatGPT-ə bənzər söhbət botu kimi işləməsidir. Model əlində olan mövcud təfərrüatlardan istifadə edərək gələcək hadisələri proqnozlaşdırır.

Alqoritm Danimarka və ABŞ alimləri tərəfindən danimarkalı insanların məlumatlarından ibarət olan bir məlumat deposu kimi hazırlanıb.

Bu depoda 6 milyondan çox real insanın gəlirləri, məşğuliyyəti, yaşayış yeri, yaralanma və hamiləlik halları da daxil olmaqla bütün növ məlumatlar yerləşdirilib. Nəticədə isə bir insanın erkən ölmə ehtimalı və ya həyatı boyu qazancları haqqında proqnozlar verə bilən model əldə edilib.

Vaxtından əvvəl ölümə gətirib çıxaraq səbəblər sırasında kişi cinsinə mənsub olmaq, ruhi xəstəlik haqqında diaqnoz qoyulması və ya fiziki işlə məşğul olmaq kimi amillər də yer alır.

Daha uzun ömür yaşamaq üçün zəruri olan amillər kimi isə daha yüksək gəlir və lider kimi fəaliyyət göstərmək qeyd edilir.

 

 

Elm adamları “Life2vec”ə “İnsan dörd ildən sonra öləcəkmi?” kimi sadə suallar verə bilərlər.

Model 2008-ci ildən 2016-cı ilə qədər əldə edilmiş məlumatlar əsasında hazırlanıb.

Sistem əhali haqqında məlumatlar əsasında 2020-ci ilə qədər baş verən ölüm hallarının dörddə üçündən çoxunu dəqiq təxmin edib.

Məxfilik prinsipləri baxımından iştirakçıların məlumatları hələ paylaşılmayıb. Elm adamları məxfilk pozulmadan nəticələrin paylaşılması üçün işlərini davam etdirirlər.

Layihə menecerlərinin sözlərinə görə, bütün məlumatlar Danimarkadan gəlib, ona görə də bu təxminlər başqa yerlərdə yaşayan insanlar üçün keçərli olmaya bilər. Komandanın fikrincə, üstəlik, insanların çoxu nə vaxt öləcəklərini də bilmək istəmirlər.

Mənbə: Haber Global

0.050024032592773