Ali Baş Komandana, müzəffər Ordumuza minnətdarıq. Çətin oyun oldu. Həyəcan var idi, bəlkə də, oyuna tam hazır deyildik. Son saniyələrə kimi mübarizə apardıq. MOİK də sona kimi mübarizə apardı. Onları təbrik edirəm. İntizamlı oyun keçdi”.
BakuPress.Az xəbər verir ki,Oxu.Az-ın Xankəndiyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu “Qarabağ” FK-nın baş məşqçisi Qurban Qurbanov Xankəndidə MOİK-ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.
O belə ağır oyun olacağını gözləmədiyini deyib.
“Hətta qapımızda real qol epizodları da yarandı. Qalib gəldiyimiz üçün şadam. Xankəndidə keçirilən matçı illərdir həsrətlə gözləyirdik. Kubok oyunlarını Xankəndidə keçirmək istəyirik”.
Daha çox foto burada: PhotoStock.az
Rövşən Əsədov