Son iki həftə ərzində təslim olan Qəzza sakinlərinin sayı sürətlə artıb.
Bu açıqlama ilə İsrail Müdafiə Ordusunun (SAXAL) tank batalyonunun komandir müavini, mayor Aleksey çıxış edib.
O bildirib ki, İsrailə təxliyə olunmaq istəyən fələstinlilərin sayı getdikcə artır.
“Yüzlərlə insan təslim olur və onların təxminən 15-20%-i HƏMAS yaraqlılarıdır”, - deyə İsrail ordusunun hərbçisi qeyd edib.
O əlavə edib ki, təslim olmaq istəyən bütün kişilər ağ bayraq qaldırmalı və tamamilə soyunmalıdırlar.
“Bundan sonra isə bütün əsirlər İsrailin daxili kəşfiyyat xidməti tərəfindən yoxlanılır”, - deyə hərbçi söyləyib.
Mənbə: İzvestiya