ABŞ-də Rusiya ilə bağlı məxfi məlumatlar yoxa çıxdı: Gizli qovluqda nə var idi?

Donald Trampın prezidentlik müddətinin sonunda Ağ Evdən Rusiya ilə bağlı çox məxfi məlumatların olduğu qovluq yoxa çıxıb.

Qeyd olunur ki, kəşfiyyat xidmətləri itkidən o qədər narahat olublar ki, ABŞ Senatının Kəşfiyyat Komitəsinin rəhbərləri üçün bu mövzuda xüsusi brifinq təşkil ediblər.

Bildirilir ki, qovluqda ABŞ və onun NATO müttəfiqləri tərəfindən toplanmış “Rusiya və Rusiya agentləri haqqında, eləcə də Rusiya Prezidenti Vladimir Putinin 2016-cı il seçkilərində Trampa qalib gəlməkdə kömək etməsinə dair mənbələr və üsullar haqqında” məxfi məlumatlar olub.

 

 

Qovluq sonuncu dəfə Ağ Evdə Trampın oradakı son günlərində görülüb. Onun yoxa çıxma şəraiti hələ də aydınlaşdırılmayıb və sənədləri tapmaq mümkün olmayıb.

Mənbə: TASS

0.058367013931274