"AzTV-nin əməkdaşı mədəkiçiltmə əməliyyatından bir gün sonra vəfat edib” - YENİLƏNİB + FOTO

Azərbaycan Televiziyasının (AzTV) vəfat edən əməkdaşı mədəkiçiltmə əməliyyatı etdiribmiş.

Bununla bağlı BakuPress.Az-a AzTV-nin mətbuat katibi Rüfət Seyidov məlumat verib.

O qeyd edib ki, telekanalda sürücü işləyən 24 yaşlı Vüqar Rəsulov vəfatından cəmi bir gün öncə mədəkiçiltmə əməliyyatı etdirib.

Qeyd edək ki, mərhum bu gün Şəkidə dəfn ediləcək.

09:44

Azərbaycan Televiziyasının (AzTV) əməkdaşı Vüqar Rəsulov 24 yaşında vəfat edib.

 

 

Bu barədə onun yaxınları sosial şəbəkə hesablarında paylaşım ediblər.

Mərhumun mədəkiçiltmə əməliyyatından iki gün sonra dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, V.Rəsulov AzTV-də sürücü vəzifəsində çalışırdı.

 

Aysel Aslan

0.030675172805786