Fazil Mustafaya qarşı silahlı hücumla bağlı məhkəmə başlayır

Deputat Fazil Mustafaya silahlı hücumda təqsirləndirilən Yunis Quliyevin məhkəməsi başlayır.

BakuPress.Az xəbər verir ki, proses bu gün 11.45-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.
Xatirladaq ki, Fazil Mustafa bu ilin martın 28-də silahlı hücuma məruz qalıb. Nəticədə deputat bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

0.039535045623779