Bakının Xətai rayonunda yaşayan sakinlər illərdir məhəllənin asfaltlanmasını gözləyirlər.
Söhbət paytaxtın UPD qəsəbəsi, Yavər Əliyev küçəsindən gedir.
Belə ki, məhəllənin yolları qışda palçığa, yayda isə toza bürünür.
Sakinlər bildiriblər ki, problem bununla yekunlaşmır. Həmçinin ərazidə zibil qutuları da kifayət qədər olmadığı üçün antisanitar vəziyyət yaranıb.
Şikayətçilərin sözlərinə görə, hər iki məsələ ilə bağlı dəfələrdə aidiyyəti qurumlara müraciət ediblər.
Lakin heç bir nəticə əldə olunmayıb.
Ətraflı “ATV Xəbər”in süjetində: