Sahibkarlara qan udduran, şəhəri cəhənnəmə çevirən, milyonlarla borcu olan icra başçısı – Sumqayıtda nə baş verir?

Azərbaycanda “kiçik padişahlar” kimi də adlandırılan icra başçıları nə üçün cəzalandırılmır?

 

Bir daha xatırlatma...

 

Sahibkarlar hüquqları pozulan hallarda ciddi şəkildə ölkə başçısına müraciət etməlidirlər. Lakin çox adam qorxur. Deyirlər ki, birdən hansısa qeyri-qanuni işimi üzə çıxarıb incidərlər. İnsanlar çalışmalıdırlar ki, birincisi, özlərinin qeyri-qanuni işləri olmasın. Belə olan halda isə hansısa kənar müdaxilə olduğu zaman rahat şəkildə müraciət edə bilərlər. Ölkə başçısı da bu istiqamətdə öz iradəsini ortaya qoyub. Buna görə də ilk olaraq elə onun özünə kömək etmək lazımdır ki, əlində faktlar olsun. Hansı rayonun icra başçısı misal üçün sahibkara divan tutursa, bu barədə ölkə başçısının məlumatı olmalıdır. Əgər insanların öz təşəbbüskarlığı olmasa, kimsə onun hüquqlarını gedib süni şəkildə müdafiə etməyəcək. Hər halda ölkədə yaxşı icra başçıları da var. Ancaq eyni zamanda prezidentin etimadını doğrultmayanları da həmçinin yox deyil. Cəmiyyət bunu daha dəqiq qiymətləndirir. Hər halda balans yaxşıların xeyrinə dəyişsə, ölkənin tərəqqisi üçün bu hal faydalı olar.Dəfələrlə millət vəkilləri,hüquqşünaslar

məsələ ilə bağlı mətbuata bildirib ki, qanun qarşısında hər kəs, o cümlədən icra başçıları cavabdehdir:

 

“Hər bir icra başçısını dövlət əmlakını mənimsəməyə, insanların hüquqlarını pozduqlarına görə, cinayət məsuliyyətinə cəlb etmək mümkündür. Dəfələrlə də Hesablama Palatası tərəfindən icra hakimiyyətlərində həyata keçirilən yoxlamaların nəticələri də təsdiq edib ki, rayon icra başçıları oğurluqla məşğuldurlar. Eyni zamanda rayon icra başçıları həmin rəhbər olduqları ərazidə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən rüşvət alırlar. Həmçinin qeyd etdiyimiz bu şəxslər vəzifə səlahiyyətlərini də aşırlar. Belə olduğu halda həmin icra başçılarını işdən çıxarmaq lazımdır. Hər birini Azərbaycan Respublikasının Cinayyət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə külli miqdarda rüşvət aldıqlarına görə, digər şəxslərin əmlaklarını mənimsədikləri üçün 179.3.2,vəzifədən sui istifadə ağır nəticələrə səbəb olduğuna görə, 308.2, qulluq səlahiyyətlərini aşıb insanların hüquqlarını pozduqları üçün 309.2 , 313-cü maddə ilə isə vəzifə saxtakarlığına görə cinayət məsuliyyətinə cəlb edib cəzalandırmaq lazımdır. Nə qədər ki, bu hakimiyyət var, icra başçılarından yalnız “yarpağı saralanlar” məsuliyyətə cəlb ediləcəklər. Ancaq belə olmamalıdır. Azərbaycanda hüquqi dövlət qurulmalıdır. Hər bir kəs vəzifəsindən asılı olmayaraq, öz hərəkətlərinə görə qanun qarşısında cavab verməlidir. Cinayət törədən dərhal cəzalandırılmalıdır ki, digər şəxslərə də bu bir ibrət dərsi olsun”.

Amma nədənsə Sumqayıtın icra başçısından prezidentə edilən şikayətlərə baxılmır...

 

 

Prezidentin səxavətlə verdiyi milyonları Fərəcov büdcə vəsaitlərinin gözünə qatıb "səxavətlə” xərcləyir. 

Xülasə. Keçək əsas məsələyə. Artıq uzun müddətdir ki, bir qrup sahibkar müxtəlif media orqanları və dövlət qurumlarına Zakir Fərəcovdan şəhərin abadlaşması üçün gördükləri işlərin pulunu ala bilməməklə bağlı şikayətlər ünvanlayırlar. Amma İcra Hakimiyyətinin başçısı iş adamlarına heç bir borclarının olmadığını iddia edir.

Bəs görəsən heç bir borcunun olmadığını iddia edən Fərəcov nəyə görə, əsas gətirmir və ya gətirə bilmir? Dəlil olmayan yerdə onu ortaya qoymaq mümkün deyil. Fərəcov ⁷tərəfindən aldadılan sahibkarlar gördükləri işin müqabilində pullarını ala bilmədiyini deyir. Onlar iddia edir ki, dəfələrlə Prezident Admnistrasiyasında olublar və onlar məsələni araşdıracaqlarına söz veriblər.

“Biz bütün sənədləri təqdim etmişik. Zakir Fərəcovun bizə qarşı etdiyi qanunazidd hərəkətlərini əks etdirən dəlil və sübutları da vermişik. Söz veriblər ki, məsələni müsbət şəkildə həll edəcəklər. Lakin görünən odur ki, Zakir Fərəcov heç kimdən çəkinmir. Əgər çəkinsəydi bu qədər qanunsuzluğa davam etməzdi”, – deyə sahibkarlardan biri qeyd edib.

Ən absurd nüans isə icra başçısının bu məsələdə proseslərdən ümumiyyətlə xəbəri olmayan müavinlərini önə keçirib özünün onların arxasında sanki gizlənmiş kimi etdiyi hərəkətdir.

Prezidentin çağırışlarına, xalqa xidmətlə bağlı tapşırıqlarına baxmayaraq, Zakir Fərəcov islahatlar kursuna tam zidd fəaliyyət göstərməkdə davam edir.

Mövcud qanunlarımız məmurların biznes fəaliyyəti ilə məşğul olmasını qadağan edir. Amma hazırda ölkənin ən biznesmenləri məhz məmurlardır.Yüksək rütbəli məmurlarla yanaşı, özlərini "kiçik padişahlar" hesab edən icra başçıları da artıq oliqarxa çevrilib, böyük biznes şəbəkəsini və milyonlarla pulu idarə edirlər. Qanunların tələblərini yerinə yetirməyən bəzi icra başçıları bizensini günü-gündən genişləndirərək böyük şəbəkə qurublar.Belələrindən birincisi Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdur.

Keçmiş bələdiyyə sədri - indiki icra başçısı Abşerona başçılıq etdiyi gündən Sumqayıta gələn bir gündən hər cürə şikayətlər çedianı bəzəməkdə davam edir.Vallah axır bu işi araşdırın bizdə bilək kimdir günahkar?Artıq 5 ildir Sahibkarlar pul tələbi ilə az qala "BMT"yə məktub yazsınlar,amma nə pul verən var nədə bir ölçü götürən .

 

Keçmişin inzibati amirlik metodu stalinizmlə birlikdə tarixin zibilliyində çoxdan dəfn olunub. Əgər bu gün hansısa şəhər rəhbəri hələ də bu təfəkkürlə idarəetmə baxışlarında ilişib qalıbsa, bu onun şəxsi faciəsinin təməli deməkdir. Deməli onlar özləri ilə birlikdə bütün Sumqayıtl da keçmişin zibilliyində dəfn etmək siyasətini aparırlar. Buna zamanın ironik də olsa, belə bir düşüncə sistemi ilə yanaşmaq, insanlığın tamamilə məhvidir. Mövzunu diqqətdə saxlayacağıq.

BakuPress.Az.olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

0.024632930755615