Məşhur rejissorun Bakıdan etdiyi bu paylaşım erməniləri qəzəbləndirdi - FOTO

Rusiyalı rejissor Vitali Manskinin İrəvan Dövlət Teatr və Kino İnstitutunda planlaşdırılan festivalı ləğv edilib.

Bununla bağlı məlumat institutdan verilib.

“Artdocfest” festivalının direktoru Vitali Manskinin son “Facebook” paylaşımından sonra Yerevan Dövlət Teatr və Kino İnstitutu 23-26 noyabr tarixlərində universitetdə keçiriləcək festivalı ləğv etmək qərarına gəlib”, - məlumatda deyilir.

Səbəb isə rejissorun Bakıdan – Heydər Əliyev Hava Limanından paylaşdığı şəkil və yazdığı status olub.

Rejissor qeyd edib ki, artıq ikinci dəfədir ki, Qələbə günündə Bakıdadır. Birinci gəlişi o qədər təsirli olub ki, indi yeni film çəkmək üçün buradadır.

Onun bu paylaşımı erməniləri özündən çıxardıb. Ona görə də rejissoru İrəvana buraxmamaq qərarına gəliblər. (Publika.az)

REJİSSOR ESAS.png (491 KB)

REJİSSOR SON.png (689 KB)

 
 
0.028144121170044