İsrail futbolçularının HƏMAS-ın atəş zərbələrindən qorunmağa çalışdığı görüntülər yayıldı - VİDEO

İsrail milli komandasının futbolçularının HƏMAS-ın atəş zərbələrindən qorunmağa çalışdığı videogörüntülər yayılıb.

Komanda 2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Kosovo ilə oyuna yollanmaq üçün Təl-Əviv hava limanına gəlib. Bu zaman hava hücumu xəbərdarlığı işə düşüb. Futbolçular içində olduqları avtobusu tərk edərək yolun kənarındakı xəndəkdə gizlənməyə çalışıblar.

Oyunçular arasında Moskvanın “Dinamo” klubunun müdafiəçisi Eli Dasa da olub.

 

 

Mənbə: RT “Telegram”

0.024649858474731