Atatürkün anım günündə Ərdoğan Anıtqəbiri ziyarət edib - VİDEO

Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün vəfat etməsindən 85 il ötür.

Bununla əlaqədar olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Anıtqəbiri ziyarət edib.

Onu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, vitse-prezident Cevdet Yılmaz və Prezident Administrasiyasının üzvləri müşayiət ediblər.

 

 

Məlumat üçün əlavə edək ki, Mustafa Kamal Atatürk 1938-ci il 10 noyabrda, 57 yaşında İstanbulda Dolmabahçe Sarayında gözlərini əbədi yumub. Onun nəşi 1953-cü ildə ölümünün 15-ci ilində Ankaradakı Etnoqrafiya muzeyindən Anıtqəbirə köçürülüb.

Bizimlə əlaqə saxlayın

0.029049158096313