Dövlət bayrağı haqqında standartlar YENİLƏNDİ - VİDEO

Son üç ildə bayraq sifarişlərinin sayı-hesabı yoxdur”.

BakuPress.Az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Televiziyasında yayımlanan “Telesəhər” proqramının Dövlət bayrağı ilə bağlı süjetində bayrağın hazırlanmasında 13 il əməyi keçən şəxs Məlahət Kəlbiyeva deyib.

O qeyd edib ki, şanlı qələbimizdən sonra istehsal olunan bayraqlar ancaq işğaldan azad olunmuş ərazilər üçün hazırlanır:

“Ən sevimli xatirələr 2020-ci il ilə bağlıdır. Biz komendant saatlarında da işləyirdik. Son üç ildə sifarişlərin sayı- hesabı yoxdur. Bunun səbəbi tarixi qələbimizdir. Zəfərimizdən bu günə qədər istehsal olunanlar işğaldan azad olunmuş ərzilərə gedir”.

M.Kəlbiyeva istehsal prosesindən danışıb:

 

 

“Birinci sifariş qəbul edilir. Kompüterdə ölçülər, rənglər standartlara uyğun şəkildə yığılır. Daha sonra kağıza çap çap olunur. Ondan sonra parçaya ötürülür. Sonra tikiş hissəsinə ötürülür”.

Qeyd edək ki, standart bayrağın istehsalı və hazırlanması zamanı istifadə olunan parçaların, kağızların, digər elastik materialların keyfiyyətinə dair texniki tələbələri, bayrağın sınaq üsulları, markalanması, saxlanılması və daşınamasını özündə əks etdirir.

Yeni standartlarda bayrağın utilizasiyası da mövcuddur. Bayraq istifadəyə yararsız olsa belə dəyişdirilməlidir. Zibilə atıla bilməz. Qanunvericilik çərçivəsində utilizasiya edilir.

Daha ətraflı AZTV süjetində:

Bizimlə əlaqə saxlayın

0.036994934082031