Xankəndidə Stepan Şaumyanın heykəli sökülüb - FOTO

Xankəndidə bolşevik liderlərindən biri, 1918-ci il 31 Mart soyqırımı təşkilatçılarından olan erməni Stepan Şaumyanın heykəli sökülüb.

Bu barədə sosial şəbəkələrdə paylaşım edilib. Bu hadisə şəhərin adını Şaumyanla bağlayan ermənilərin isteriyasına səbəb olub.

Qeyd edək ki, XX əsr Azərbaycan tarixinin ən faciəvi səhifəsi Bakı Soveti və onun başçısı Stepan Şaumyanın adı ilə bağlıdır. Rusiya imperiyasının dağılması nəticəsində baş vermiş mühüm siyasi proseslərin hökmü ilə o, Azərbaycanın qədim şəhəri Bakıda və onun ətrafındakı rayonlarda bərqərar olmuş siyasi rejimin başında durub. Bolşevik hərəkatının bayrağı altında çıxış edən Şaumyan, əslində, Türkiyə və Azərbaycanın xeyli hissəsində erməni dövlətinin yaradılmasını özünün strateji məqsədi elan etmiş erməni millətçiliyinin maraqlarını ifadə edirdi. Bakını və ətraf rayonları zəbt edən Şaumyanın başçılıq etdiyi siyasi qüvvə öz məqsədinə yalnız azərbaycanlı əhalinin məhv edilməsi vasitəsilə nail ola bilərdi. Bununla da azərbaycanlılar öz torpağında dövlət terrorizmi siyasətinin qurbanlarına çevrildilər.

 

 

Şaumyanın və onun başçılıq etdiyi Bakı Sovetinin apardığı siyasətin nəticəsi onminlərlə azərbaycanlının soyqırımı oldu. Bu günahsız insanların həyatları “böyük Ermənistan” ideologiyasının gerçəkləşdirilməsi naminə qurban verildi.

 

Bizimlə əlaqə saxlayın

0.045130968093872