Ankara Türkiyənin bir milyon fələstinli qaçqını qəbul etməyə hazır olduğunu təkzib edib

Türkiyə Prezident Administrasiyası Rəcəb Tayyib Ərdoğanın İsrailin Baş naziri Benyamin Netanyahu ilə iki milyard dollar müqabilində bir milyon fələstinli qaçqını qəbul etmək və onları Türkiyə vətəndaşı etmək barədə razılığa gəldiyinə dair iddiaları tamamilə uydurma adlandırıb.

Türkiyə Dezinformasiya ilə Mübarizə Mərkəzinin yaydığı məlumata görə, nə Netanyahunun müvafiq bəyanatı, nə də İsrail və Türkiyə liderləri arasında danışıqların getdiyi barədə məlumat həqiqətə uyğun deyil.

 

 

Mənbə: mk.ru

0.046252965927124