Zakir Həsənov, Kərim Vəliyev və daha üç general “Qarabağ” ordeni ilə təltif edilib

Azərbaycan Ordusunun beş generalı “Qarabağ” ordeni ilə təltif edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncamında deyilir.

Həmin generallar aşağıdakılardır:

Zakir Əsgər oğlu Həsənov – general-polkovnik

Kərim Tofiq oğlu Vəliyev – general-polkovnik

 

 

Ənvər Zəkəriyyə oğlu Əfəndiyev – general-leytenant

Hikmət İzzət oğlu Mirzəyev – general-leytenant

Ramiz Firudinoviç Tahirov – general-leytenant

0.023919105529785