İsraildə paytaxt küçələri silahlı adamlarla doldu - FOTO

İsrail Baş naziri Benyamin Netanyahunun mülki insanların da silahdan istifadə etməsi ilə bağlı bəyanatından sonra ölkədə mülki şəxslər silahlanmağa başlayıb.

“Mülki şəxsləri silahdan istifadə etməyə təşviq edirik”, - deyə İsrail Baş naziri Benyamin Netanyahu bəyanat verib.

Bu bəyanatdan sonra çoxlu sayda mülki vətəndaşın silahla Təl-Əviv küçələrində dolaşdığını görmək mümkündür.

Qeyd edək ki, oktyabrın 7-də İsrail və Fələstin arasında başlayan qarşıdurmalardan sonra İsrail hökuməti silahlanma qaydalarını yumşaldıb. Bununla da mülki vətəndaşlar sanki silahlanma yarışına çıxıblar.

Mülki şəxslərin gündəlik həyatlarında, o cümlədən kafelərdə oturduqları zaman və ya idman edərkən üzərilərində gəzdirdikləri silahlar müharibə ruhunun Təl-Əviv küçələrində də əks olunduğunu ortaya qoyur.

 

 

Təl-Əvivdə yaşayan insanlar velosiped sürərkən, çimərlikdə oturarkən, hətta uşaq arabası ilə gəzərkən, idmanla məşğul olarkən əllərində silah gəzdirirlər.

Körpəsini gəzdirən atanın, sahildə oturan cütlüyün və digərlərinin özünü təhlükəsizlikdə hiss etmək üçün daşıdığı silahlar bir tərəfdən narahatlıq doğurursa, digər tərəfdən də əhalinin özünümüdafiə instinktini də nümayiş etdirir.

 

Mənbə: Haber Global

 

0.027737140655518