Almaniyalı diyetoloq Andra Şmidt darçının insan orqanizminə xeyrindən danışıb.
“Darçın bir çox yeməklərə gözəl ətir verir. Amma deməliyəm ki, xoş qoxu və daddan əlavə, ədviyyat sağlamlığa müsbət təsir göstərir”, - deyə diyetoloq bildirib.
Həkimin fikrincə, darçın orqanizmi ürək-damar xəstəliklərindən qoruyur:
“Gündə bir neçə qram darçın qanda LDL xolesterol və trigliseridin səviyyəsini azaldır”.
“Darçın həm də efir yağları və antioksidantlar sayəsində iltihab əleyhinə təsir göstərir. Ədviyyat həm də antispazmodik təsirə malikdir - o, meteorizmin qarşısını alır və mədə-bağırsaq pozğunluğunda kömək edir”, - həkim qeyd edir.
Nəhayət, darçın qan şəkərinin səviyyəsinə böyük təsir göstərir. Ona görə də darçından profilaktik məqsədlər üçün, həmçinin şəkər xəstəliyinin müalicəsində də istifadə olunur.