İsrail ordusu zirehli və mühəndis birləşmələrinin iştirakı ilə Qəzza zolağının cənubunda reyd keçirib.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Gecə saatlarında Qəzza zolağının cənubunda məqsədyönlü reyd zamanı İsrail müdafiə ordusunun zirehli və mühəndis bölmələri binaların xəritəsini çəkmək və partlayıcı qurğuları zərərsizləşdirmək üçün kəşfiyyat əməliyyatı keçirib. Əməliyyat zamanı qoşunlar tunel şaxtasından çıxan bir qrup terrorçu ilə qarşılaşıblar. Hərbçilər terrorçulara cavab atəşi açıb və onları məhv ediblər”, - deyə məlumatda bildirilib.
Mətbuat xidməti əlavə edib ki, Qəzza zolağında quru əməliyyatı davam edir və bir gecədə İsrail ordusu bölmələri onlarla terrorçunu və HƏMAS terrorçularının obyektlərini məhv edib.
Mənbə: TASS