Alimlər bioloji yaşlanmanın bir neçə növünü müəyyən ediblər

Stenford Universitetinin Tibb fakültəsinin genetikləri bioloji yaşlanmanın dörd tipini (pattern) müəyyən ediblər - metabolik, immun, hepatik və nefrotik yaşlanma.

Alimlər bildiriblər ki, insan bədəninin bütün orqanları və hissələri eyni sürətlə yaşlanmır. Tədqiqatçılar orqanizmdə xətaların baş verdiyi yerdən asılı olaraq yaşlanmanın dörd tipini müəyyən ediblər: immunitet sisteminin, maddələr mübadiləsinin, qaraciyərin və böyrəklərin yaşlanması.

İmmun tip yaşlanma bədəndə iltihab markerlərinin artması ilə xarakterizə olunur ki, bu da immunitet sisteminin zərərli patogenlər və toksiki birləşmələrlə mübarizə etmək cəhdlərini göstərir. Bu yaşlanma tipi müşahidə edilən insanlarda autoimmun xəstəliklərin inkişaf etmə riski daha yüksəkdir.

Metabolik tip yaşlanma zamanı diabet, piylənmə və ürək çatışmazlığının inkişaf etmə ehtimalı artır.

Qaraciyər tipi qaraciyərin işində pozğunluqları və bu orqanın sıradan çıxmasını göstərir - siroz və qaraciyərin qeyri-alkoqol mənşəli piylənməsi xəstəliyi riski artır.

 

 

Nefrotik tip böyrək funksiyasının pozulması ilə xarakterizə olunur. Bu patternə aid olan insanlarda böyrək çatışmazlığı və pielonefrit inkişaf edə bilər.

Tədqiqatçılar hesab edirlər ki, yaşlanma növünü bilmək insanların müxtəlif xəstəliklərin riskləri barədə məlumatlılığını artıracaq və onların qarşısını almağa kömək edəcək. Məsələn, qaraciyər paqtterninə aid olan insanlar alkoqolu qida rasionundan çıxara bilər, metabolik pozğunluğu olanlar isə daha çox hərəkət edə və fitneslə məşğul ola bilərlər.

Mənbə: Daily Mail

0.090728998184204