Fələstin-İsrail münaqişəsi başlayandan 36 jurnalist həlak olub

Ən azı 36 jurnalist Fələstin-İsrail münaqişəsinin qurbanı olub.

Bu barədə Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb.

“Noyabrın 2-nə olan ilkin hesablamalarımız göstərir ki, oktyabrın 7-də münaqişə başlayandan bəri həlak olan 10 000-dən çox insan arasında ən azı 36 jurnalist də var”, - deyə hesabatda bildirilib.

Təşkilat bildirib ki, jurnalistlər münaqişəni hava hücumları altında, rabitə və elektrik enerjisinin kəsilməsi qarşısında işıqlandırarkən xüsusilə yüksək risklə üzləşirlər.

 

 

Bundan əvvəl BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk ilin əvvəlindən dünyada ən azı 46 jurnalistin öldürüldüyünü, bu peşənin ən azı 531 nümayəndəsinin isə nəzarətə alındığını qeyd edib. BMT-nin ali komissarı media nümayəndələrinə hücumların qəbuledilməz olduğunu vurğulayaraq, cəzasızlığa son qoymağa çağırıb.

Mənbə: TASS

0.063750982284546