Qətər əcnəbi və yaralıların Qəzzanı tərk etməsi üçün danışıqlara vasitəçilik edir

Qətər bir sıra əcnəbilərin və ağır yaralı fələstinlilərin Qəzzanı tərk etməsinə icazə verəcək razılaşma üzrə danışıqlara vasitəçilik edir.

Məlumata görə, ABŞ-nin koordinasiya etdiyi danışıqlar Misir, İsrail və HƏMAS arasında aparılır.

Misirlə sərhəddə yerləşən “Rəfah” keçid məntəqəsinin fəaliyyəti ilə bağlı heç bir qrafik yoxdur. Razılaşmanın bağlanması və ya hələ də danışıqların davam etməsi barədə məlumat yoxdur.

 

 

Qeyd edək ki, HƏMAS Qəzza zolağından çıxa biləcək şəxslərin, o cümlədən Qızıl Xaç təşkilatının əməkdaşlarının və bir sıra xarici vətəndaşların siyahısını dərc edib. Bu gün əcnəbilərin ilk qrupu Qəzza zolağından Misirə gedəcək.

Mənbə: RİA Novosti “Telegram” kanalı

0.094348192214966