Sabirabadda mağaza qarət edildi

Sabirabadda mağaza qarət olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən xəbərə görə, oktyabrın 28-nə keçən gecə Qarağac kəndi ərazisində mağazaların birindən 1500 manat dəyərində oğurluq edilib.

Sabirabad Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Ü.Mirzəliyev saxlanılıb.

 

 

Faktla bağlı araşdırma aparılır.

0.070681095123291