Xaçmazda ağacdan asılı vəziyyətdə kişi meyiti tapılıb

Xaçmazın Qımıl kəndində intihar hadisəsi baş verib.

BakuPress.Az xəbər verie ki,“Report”un Şimal bürosunun məlumatına görə, rayonun İzmayılovka qəsəbə sakini 1990-cı il təvəllüdlü Mehman Tacəddin oğlu Mahmudov bir neçə gün öncə evdən çıxıb və geri qayıtmayıb.

Axtarışlar nəticəsində onun meyiti rayonun Qımıl kəndində meyvə bağında ağacdan asılı vəziyyətdə tapılıb.

 

 

M.Mahmudovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

0.0831618309021