Ən təhlükəli və ən zərərsiz bürclər

Astroloqlar bu dəfə ən təhlükəli və ən zərərsiz bürcləri araşdırıb. 

BakuPress.Az həmin bürcləri təqdim edir: 

Qoç 

İnadkarlığı və ani parıltısı ilə məşhur olan qoç bürcü siyahıda ilk yerdədir. Araşdırmalara görə, qoç bürcünə aid olan bədnam cinayətkarlar cinayətlərin çoxunu əsəbi olanda törədir və sonradan peşman olurlar. 

Buğa

Buğa bürcü səbirli, sabit fikirli və inadkardır. Qəzəbi, iddialı təbiəti və güclü xarakteri ilə tanınan buğalar təhlükəlilər siyahısının başındadır. Buğalar fırıldaq məqsədilə pul məsələlərində daha çox iştirak edirlər. Onlar şəxsi maraqları naminə qətllər törətməkdən belə çəkinmirlər. 

Əkizlər 

Əkizlərin ən zərərsiz bürc olduğunu təxmin edərdinizmi? Statistikaya görə, ən zərərsiz bürc məhz əkizlərdir. Əkizlər bürcünün gözlənilməz və dəyişkən rəftarına görə təhlükəli olduğu düşünülsə də, əslində heç də elə deyil. 

Xərçəng 

Xərçəng psixopatlığına görə siyahının başındadır. Çox emosional sayılan xərçənglər əslində hər zaman çətinliyi daxillərində gizlədirlər və heç vaxt dərdlərini dilə gətirmirlər. Nəticədə, onlar qəfil emosional partlayışlar yaşayır və qəzəb anında daha çox cinayətə meylli olurlar. Çox emosional olduqları üçün qətllərin böyük əksəriyyəti qısqanclıq kimi emosional hisslərə söykənir.

Şir 

Ətraf mühitin diqqətini cəlb etmək istəyən iddialı bürc kimi tanınan şir zərərsiz olan bürclərdən biridir. Məşhur olmaq, tanınmaq istəyən lider ruhlu bu bürc əslində bəzi hallarda xarakterlərinə uyğun qətllər törədə bilərlər.

Qız 

Ehtiyyatlı və nizamlı  bürc olan qız bürcü səkkizinci ən psixopat bürc olaraq seçilib. Heç zaman ehtiyatı əldən verməyən və planlı olan bu bürclər törətdikləri cinayətləri də ən xırda detallarına qədər düşünürlər. Bu səbəbdən də bu bürclər qətl törətdikdən sonra dəlilləri məhv etməkdə və yaxalanmamaqda müvəffəqiyyətli olurlar. 

Tərəzi 

Ədalətli və incə ruhu ilə seçilən tərəzi bürcləri siyahının sonuna yaxındır. Hər zaman sülh arzulayan tərəzilər müharibəni sevmir və sülhü pozacaq şeylərə qarşı çıxırlar. Ədalətli, səbirli və mehriban təbiəti ilə tanınan tərəzi bürcü təhlillərə görə qətli zövq üçün deyil, çətin vəziyyətdə ədaləti təmin etmək üçün törədirlər. 

Əqrəb 

Əqrəblər sirlərini yaxşı saxlayırlar. Onların hər zaman sirli tərəfləri olur və siz heç vaxt bir əqrəbin nə düşündüyünü bilməzsiniz. Onlar qarşı tərəfi analiz edərək zəif və güclü tərəflərini müəyyən edirlər. Ən incə detalları müşahidə edən əqrəb bu səbəbdən ikinci ən təhlükəli bürcdür. Özlərinə edilən pisliyi heç vaxt unutmayan, zülmə zülmlə cavab verən əqrəb cinayətkarları cinayətlərin çoxunu ağrılı və sadist üsullarla törədiblər. Dünyanın ən məşhur psixopatlarından biri olan Çarlz Manson da əqrəb bürcüdür. 

Oxatan 

Oxatan bürcünün siyahıda birinci yerdə olmamasının yeganə səbəbi qətllərin əksəriyyətini özünün deyil, onun əmri altında olan digər şəxslər tərəfindən törədilməsidir. Oxatan bürcləri xarizmatik rəftarları və zəkaları ilə ətrafdakı hər kəsin hörmətini qazanıb liderliklərini elan edən, mafiya başçısı və ya narkobaron kimi yüksək mövqelərə çata bilirlər. Məsələn, Pablo Eskobar, Ted Bandi, Çarlz Bronson kimi haqqında çox eşitdiyiniz cinayətkarların əksəriyyəti Oxatan bürcü idi. 

Oğlaq

Oğlaqlar arasında  orta hesabla qatillər və psixopatlar az olsa da, siyahıdakı qatillər bütün zamanların digər qatilləri arasında ən çox qətl törədənlərdir.

Dolça

Yenilikləri sevən, problemdən qurtulmağa fərqli həll yolları tapmaq üçün çalışan dolça bürcləri də ən təhlükəsiz bürc kimi tanınır. Digər tərəfdən, insanları manipulyasiya etmək qabiliyyəti yüksək olan bu bürcün nümayəndələri psixopatiyalarını ört-basdır edə bildikləri və heç vaxt yaxalanmadıqları üçün çox məsum görünə bilərlər.

Balıq

Çoxları balıqları həssaslığı ilə tanıyır. Ancaq statistik məlumatlara görə, yumşaq qəlbi və emosionallığı ilə tanınan balıqlar göründüyü qədər məsum deyillər. Ən qəribə və qorxulu killerlər məhz bu bürcdən gəlir. Balıq bürcü cinayətkarlarına misal olaraq təlxək geyimində qətllər törədən ABŞ-ın ən məşhur killerlərindən biri olan Con Ueyn Qeysi göstərmək olar.

0.028097152709961