Sevgilisinə daha çox xəyanət edən bürclər hansılardır?

Cəsarətlə demək olar ki, bəzi kişilər həyat yoldaşına sədaqətli olduğu halda, digərləri sevgilisi, nişanlısı və xanımına dəfələrlə xəyanət edir. Bu, əslində, kişinin hansı ayda və gündə doğulmasından asılıdır. Daha dəqiq desək, bürclər burada da öz sözünü deyir.

BakuPress.Az astroloqların kişilər üçün tərtib etdiyi ən sədaqətli və şorgöz bürcləri təqdim edir:

Qoç

Qoç bürcü kifayət qədər dəyişkən təbiətə malikdir. Qısa yubka, dərin dekolte və böyük yarıqla onları yoldan çıxarıb yatağa salmaq çətin deyil. Bu kişilər çox ehtiraslıdır, hətta ən dərin hisslər də onlara yeni münasibətlərə başlamağa onlara mane olmaz.

Buğa

Onlar, əlbəttə ki, qəşəng qızları nəzərdən qaçırmır, amma Buğa bürcləri hər hansı qıza görə ağlını itirən və sevimli həyat yoldaşına xəyanət edən kişilərdən deyil.

Əkizlər

Əkizlər çox ünsiyyətcil və kommunikativdir. Bu da yüngül, gəldi-gedər əyləncələrlə nəticələnir. Amma cinsi istək Əkizlər üçün heç vaxt birinci yerdə dayanmayıb. Onları xəyanətə ya yeknəsəq münasibətlər, ya da ailədaxili mübahisələr sürükləyə bilər.

Xərçəng

Onlar üçün sevdiyi qadınla ruhi yaxınlıq, mənəvi doğmalıq əsas amillərdən biridir. Ümumiyyətlə Xərçənglər nadir hallarda xəyanət edir. Xərçəng kişiləri tərif və komplimenti çox sevir. Əgər onlar xəyanət edibsə, çox güman ki, buna səbəb sevdiyi qadının onu məyus etməsidir. Belə hallarda bu bürcün kişiləri yeni qadını axtarışına çıxır.

Şir

Özünə vurğun Şir bürcləri onları gözəl, cəlbedici və dəbdəbəli qadınların əhatə etməsini istəyir. Şir kişiləri həmişə "ən yaxşı" seçim edir, ona görə də bu bürclər seçdiyi xanıma xəyanət etmirlər.

Qız

Bürclər arasında Qız ən vəfalı və ən sadiq zodiak işarəsidir. Məhz Qız kişiləri qarşısına çıxan hər gözəlin müqəddəs sehrinə uymur. Yox, əgər Qız bürcləri xəyanət edibsə, deməli, onların bunun üçün kifayət qədər tutarlı səbəbləri var. Bu bürcün kişilərini müntəzəm seks, məhəbbət və ev rahatlığı ilə təmin olunduğu müddətdə gözü sizdən başqa heç kimi görməyəcək.

Tərəzi

Qadın gözəlliyini layiqincə qiymətləndirən bürc Tərəzidir. Tərəzi bürclərinin çoxlu sayda qız rəfiqələri ola bilər, lakin bundan qorxmaq lazım deyil. Onlar təbiətcə xəyanətə çox meylli deyil. Tərəzilər ciddi münasibətlərini bir gecəlik əyləncəyə riskə atmağa razı olmaz.

Əqrəb

Ehtiraslı, cəlbedici və impulsiv Əqrəblər diqqət mərkəzində olmağı sevir. Amma bu, həyəcanlamağa əsas vermir. Əgər Əqrəbləri bütün münasibətlər qane edirsə, onda onlar sevdiyi qadına xəyanət etməyəcək. Xəyanətin əsas səbəbi ya amansız qisas, ya da intim həyatın onu qane etməməsi ola bilər.

Oxatan

Oxatanlar günaha asanlıqla uyur. Gözəl, maraqlı qadın Oxatan bürclərini asanlıqla yoldan çıxa bilər. Onlar üçün "bir gecəlik seks" kifayət qədər tez-tez baş verən, bununla belə heç bir mənası olmayan adi haldır.

Oğlaq

Oğlaq kişiləri xasiyyətcə çox sədaqətlidir. Onlar iş haqqında, yaxud da daim öz maliyyə vəziyyətini yaxşılaşdırmaq barədə düşünür. Oğlaqlar hətta sevdiyi qadının ağuşunda olanda da pul haqqında düşünür. Burada hansı xəyanətdən söhbət gedə bilər?

Dolça

Onların ünsiyyətə olan hədsiz məhəbbəti və öyrənmək həvəsi tez-tez nəfslərinə təslim olmaları ilə nəticələnir. Amma onları xəyanətə intim ehtiyac deyil, ünsiyyət tələbatı daha çox sövq edir. Əgər hər iki tərəfin maraqları üst-üstə düşsə, onda, əlbəttə ki, Dolçalar fürsətdən istifadə edəcək.

Balıq

 

Balıq bürcləri qadını səmimi və ürəkdən sevə, həm də ona xəyanət edə bilər. Balıq kişiləri istənilən istiqamətə üzməyə hazırdır. Amma onlar ailələrindən demək olar ki, heç vaxt ayrılmır.

0.048827886581421