İsrailli nazirdən üçüncü dünya müharibəsi açıqlaması

İsrailin enerji naziri İsrael Kats bəyan edib ki, ölkəsi “radikal İslama qarşı üçüncü dünya müharibəsi” aparır.

O, bu barədə Almaniyanın “Bild” qəzetinə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, İsrail həm maliyyə, həm də hərbi cəhətdən dəstəklənir. “Lakin biz təkbaşına mübarizə aparırıq. Biz radikal İslama qarşı üçüncü dünya müharibəsində iştirak edirik”, - deyən Kats, bunun təkcə İsraillə bağlı olmadığını bildirib.

 

 

“Mən Avropanın və ABŞ-nin öhdəliyini çox yaxşı başa düşürəm. Çünki bu, təkcə bizim müharibəmiz deyil”, - o vurğulayıb.

0.40515112876892