Tatarıstanda 53 yaşlı ana övladlığa götürdüyü 22 yaşlı oğlu ilə evlənib.
Məlumata görə, qadın oğlanı 8 il böyüdüb.
Bu müddət ərzində onların bir-birilə münasibətləri o qədər yaxınlaşıb ki, sonda evlənmək qərarına gəliblər.
Aysılu Çijevskaya-Minqalim Kazandakı uşaq evində müəllim işləyərkən Daniillə tanış olub. Oğlan qadının rəhbərliyi altında ifaçılıq sənətini öyrənib. 14 yaşına çatanda isə Ayisılu onu övladlığa götürüb. Qadın oğlu ilə duet oxuyub, oğlan müxtəlif müsabiqələrdə iştirak edib.
Yeni evlənənlər ailələrinin yaradıcılıq üzərində qurulduğunu, yaş fərqini hiss etmədiklərini və sosial şəbəkələrdə yazılanlara əhəmiyyət vermədiklərini deyirlər.
Daniildən başqa, Aysılunun 7 övladı var və onlardan yalnız biri doğmadır.
Mənbə: Shot