İsraildən şok iddia: HƏMAS-ın kimyəvi silahı var

Günlərdir Qəzzaya quru əməliyyatına hazırlaşan İsrail  kimyəvi silahla bağlı iddia səsləndirib.
 
BakuPress.Az xarici mediaya istinadən xəbər verir ki, İsrail Prezidenti İsxak Hersoq oktyabrın 7-də İsrail ərazisinə hücum edən HƏMAS üzvlərinin "kimyəvi silah formuluna" malik olduğunu iddia edib.
 
İsxak Herzoq dünən axşam "Sky News”da qonaq olarkən mübahisəli iddialar səsləndirib. İsrail ordusu tərəfindən ələ keçirilən USB-də Əl-Qaidənin kimyəvi silah istehsalını açıqlayan sənədlərin olduğunu qeyd edən Herzoq bunun HƏMAS-ın mülki şəxslərə qarşı kimyəvi silah istifadə etməyə hazırlaşdığının göstəricisi olduğunu iddia edib.
 
HƏMAS-ın Əl Qaidə və İŞİD-dən heç bir fərqi olmadığını deyən Herzoq Qəzzada elektrik, su və yanacaq təchizatını kəsən tərəfin İsrail deyil, HƏMAS olduğunu deyib.
0.03576397895813