Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məhkəməyə verilib.
BakuPress.az-ın xəbərinə görə, QMİ ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi edib.
Mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - lizinq müqaviləsi üzrə mübahisələr olan iş hakim Günay Namazovanın sədrliyi ilə araşdırılacaq.