Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi olub, yaralananlar var - FOTO

Kürdəmirdə üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun 176-cı kilometrində rayonun Ərşəli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 31 yaşlı sürücü Ərəstun Əflatun oğlu Sərdarlı “Hyundai Sonata” markalı minik avtomobili ilə Bakı istiqamətində hərəkətdə olarkən yol kənarında dayanmış “Hyundai” markalı evakuatora çırpılıb.

Nəticədə minik maşınında olan sürücü Ərəstun Sərdarlı və onun sərnişinləri 33 yaşlı Qüdrət Saleh oğlu  Ağamalıyev və 29 yaşlı Nicat Əflatun oğlu Sərdarlı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

 

 

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Həkimlər hadisə zamanı daha ağır xəsarət alan Qüdrət Ağamalıyev və Nicat Sərdarlının vəziyyətləri ağır olduğundan onları Bakı şəhərinə göndərməyi planlayırlar.

Faktla bağlı araşdırma aparılır.

 

Bizimlə əlaqə saxlayın

0.029124975204468