Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində 3,3 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Xəzər dənizində zəlzələ qeydə alınmışdır”, - Mərkəzin məlumatında deyilir.

 

 

Yerli vaxtla 06:09-da qeydə alınan yeraltı təkanların ocağı 62 km dərinlikdə olub.

Qeyd edək ki, bu gün saat 00:58-də Masallı rayonunda da zəlzələ baş verib.

0.034296035766602