Bakıda azyaşlı özünü güllələyib

Bakıda azyaşlının ehtiyatsızlıqdan almış olduğu xəsarətdən ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Belə ki, oktyabrın 14-də 2012-ci il təvəllüdlü Abdulla Əlizadənin Nəsimi rayonu, R.Behbudov küçəsində yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

 

Araşdırma zamanı Abdulla Əlizadənin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisindən tapdığı kustar üsulla dəmir materialdan hazırlanmış mənşəyi məlum olmayan qurğu ilə yaşadığı evin yataq otağında ehtiyatsız davranması səbəbindən açılmış atəş nəticəsində aldığı xəsarətdən ölməsi müəyyən edilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

0.022823095321655