İran hökuməti medianın Qəzza ilə bağlı diqqətindən sui-istifadə edərək edamları artırıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı İnsan haqları təşkilatlarına istinadla xəbər verib.
Bildirilir ki, təkcə ötən gün Kərəc şəhərindəki Qızılhisar həbsxanasında azı 10 nəfər dar ağacından asılıb.
O da vurğulanır ki, rejim həbsxanalarda edam edilən məhbusların dəqiq sayı və onların şəxsiyyəti barədə məlumat vermir.
Qeyd edək ki, son günlər İran mediasında, demək olar ki, hər gün bir neçə nəfərin asıldığı barədə xəbərlər verilir.