Bu gün Zəngilan Şəhəri Günüdür

Bu gün Zəngilan Şəhəri Günüdür.

BakuPress.Az-ın xəbərinə görə, ilk dəfədir ki, Zəngilan Şəhəri Günü qeyd olunur.

Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 20-si Zəngilan Şəhəri Günü olacaq.

Bu əlamətdar günün təsis olunması Zəngilan şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Bu gün - oktyabrın 20-si şəhərin erməni işğalçılarından təmizlənməsindən üç il ötür.

 

 

2020-ci ilin oktyabrın 20-də Zəngilan şəhəri ilə yanaşı, Zəngilan rayonunun Havalı, Məmmədbəyli, Şərifan, Muğanlı kəndləri və Həkəri qəsəbəsi işğaldan azad edilib.

Azad olunan ərazilərə şanlı Azərbaycan Bayrağı sancılıb.

0.038275957107544