Vaqif Xaçatryanın növbəti məhkəmə iclasının vaxtı açıqlandı - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycanlılara qarşı soyqırımında ittiham olunan Vaqif Xaçatryanın məhkəmə prosesində bir neçə dəqiqəlik fasilə verilib.

BakuPress.Az-ın məlumatına görə, həmçinin növbəti məhkəmə iclasının vaxtı da açıqlanıb. İclas oktyabrın 24-də keçiriləcək.

11:23

Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesində zərərçəkmiş Şamil Kazımov ifadə verib.

O, Vaqif Xaçatryanı şəxsən tanıdığını deyib.

“Vaqif Xaçatryan özü bizim evimizdə olub. Mənim atamla qardaşımı da Vaqif vurmuşdu. Mən bunların hamısını yaxşı tanıyıram”, - deyə o əlavə edib.

0.060542821884155