Keçmiş sahibkar Şəmsi Səmədzadə ilə bağlı olduğu deyilən video bir neçə gündür sosial şəbəkələrdə yayılır.
BakuPress.az xəbər verir ki, eynicinsli şəxslərin intim anlarının əks olunduğu video geniş müzakirələrə yol açıb. Şəmsi Səmədzadənin qardaşı Niyazi Səmədzadə məsələ ilə bağlı açıqlamasında bildirib ki, video montajdır.
Videodakı digər şəxs olduğu deyilən masaj fəaliyyəti ilə məşğul olan "Həyat" ləqəbli şəxs videoaçıqlama yayıb. O videonun yalan olduğunu söyləyib, bildirib ki, keçmiş sahibkarın nüfuzuna zərər vurmaq üçün video montajlanıb.