İsrail HƏMAS-ı Qəzza zolağının şimalından təxliyə olunan mülki şəxslərin karvanına hücum etməkdə ittiham edib.
Bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) sözçüsü Conatan Konrikus məlumat verib.
Onun sözlərinə görə, HƏMAS yaraqlıları oktyabrın 13-də Qəzza zolağının şimal hissəsindən təxliyə olunan karvanı atəşə tutaraq 70 dinc sakinin ölümünə səbəb olublar:
“Biz mülki vətəndaşlardan ibarət heç bir karvanı atəşə tutmamışıq və bizdə olan məlumata görə, bu həmlə HƏMAS tərəfindən həyata keçirilib. Əgər beynəlxalq arenada bu onların xeyrinə olacaqsa, düşünmürəm ki, onlar üçün dinc sakinləri öldürmək problem olsun”, - C.Konrikus vurğulayıb.
Xatırladaq ki, daha öncə Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz İsraili təxliyə olunanların karvanına atəş açmaqda suçlamışdı.
Mənbə: Ynet