Azərbaycana turist axını 32 faiz artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 1 162 949 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32 faiz çoxdur.

Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Məlumata görə, təkcə sentyabrda ölkəyə gələn turistlərin sayı illik müqayisədə 21 faiz artaraq 158 803 nəfərə çatıb.

Ötən ay turistlərin təmsil etdikləri ölkələrin ilk 15-liyinə Rusiya başçılıq edir. Sentyabrda Şimal qonşumuzdan Azərbaycana 50,5 min nəfər gəlib. İlk üçlüyü 36,1 min nəfərlə Türkiyə və 15,5 min nəfərlə İran tamamlayıb.

 

 

Siyahıda növbəti yerləri Hindistan (11,6 min), Gürcüstan (10 min), Səudiyyə Ərəbistanı (7 min), Qazaxıstan (6,7 min), Pakistan (5,5 min), İsrail (4,3 min), Çin (4 min), Özbəkistan (3,6 min), Küveyt (3,1 min), Ukrayna (3 min), Türkmənistan (2,3 min) və ABŞ (2,2 min) tutub.

Regional baxımdan isə ilk 3-lüyə 26,3 faizlə Rusiya, 20,3 faizlə Asiya və 18,8 faizlə Türkiyə daxil olub. Növbəti yerlərdə 10 faizlə Yaxın Şərq, 8,65 faizlə Avropa, 8,1 faizlə İran və 2,7 faizlə digər regionlar qərarlaşıb.

0.036277055740356