HƏMAS-ın hücumları nəticəsində İsraildə həlak olan azərbaycanəsilli şəxslərin sayı artdı - SİYAHI

HƏMAS-ın hücumları nəticəsində həlak olan azərbaycanəsilli şəxslərin sayı açıqlanıb.

Bu barədə mətbuatın sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.

O bildirib ki, həlak olan azərbaycanəsilli şəxslərin sayı 7 nəfərdir.

Həlak olan 7 nəfərin adlarını təqdim edirik:

Şamil Abbasov (İsrail vətəndaşı);

Emin Axundov (İsrail vətəndaşı);

 

 

İlkin Nəzərov (Azərbaycan vətəndaşı);

Lior Əzizov (vətəndaşlığı dəqiqləşdirilir);

Roman Gandel (İsrail vətəndaşı);

Eden Abdullayev (İsrail vətəndaşı);

Emil Samuyelov (vətəndaşlığı dəqiqləşdirilir).

0.02402400970459