Tərkibində omeqa-3 yağ turşuları, vitamin B12 və antioksidanlar olan qidaları beyin funksiyası üçün faydalı hesab etmək olar”.
Bunu rusiyalı həkim endokrinoloq Darya Bedeneu bildirib.
Beyin funksiyasını stimullaşdıran qida məhsulları haqqında danışarkən, o, xüsusilə omeqa-3 yağ turşularını qeyd edib. Onun sözlərinə görə, bu yağları balıq, qoz-fındıq məhsulları və kətan yağından əldə etmək olar.
“Bu məhsulların istehlakı beyin fəaliyyətinə, yaddaşa və informasiyanın mənimsənilməsinə müsbət təsir göstərir. Bundan əlavə, sinir sisteminin və beynin fəaliyyətinin təmin edilməsində kritik rol oynayan B12 vitamini ilə orqanizmi kifayət qədər təmin etmək vacibdir”, - deyə Bedeneu bildirib.
O, bu elementin ətdən, yumurtadan və süd məhsullarından əldə edilə biləcəyini izah edib. Endokrinoloqun sözlərinə görə, antioksidantlar müəyyən meyvə və tərəvəzlər, giləmeyvə və qoz-fındığın tərkibində var.
Bedeneu vurğulayıb ki, beyin sağlamlığı üçün qida rasionumuza müxtəlif ərzaqları daxil etməli və sağlam həyat tərzi sürməliyik. O əlavə edib ki, idman qan dövranına faydalı təsir göstərir və bu, koqnitiv (idrak) funksiyaları yaxşılaşdırmağa kömək edir. Endokrinoloq ÜST-ün həftədə ən azı 150 dəqiqə fiziki fəaliyyətlə məşğul olmağı tövsiyə etdiyini xatırladıb.
Mənbə: İzvestiya