Əfqanıstanda zəlzələ qurbanlarının sayı iki minə çatıb

Əfqanıstanın ən azı iki min sakini ölkənin qərbində baş verən dağıdıcı zəlzələ və onun sonrakı təkanlarının qurbanı olub.

Bu barədə “Associated Press” radikal “Taliban” hərəkatının nümayəndəsinə istinadən məlumat yayıb.

İnformasiya və Mədəniyyət Nazirliyinin müvəqqəti Taliban hökumətindəki nümayəndəsi Əbdül Vahid Rayanın sözlərinə görə, Herat vilayətində baş verən zəlzələ nəticəsində təxminən 6 kənd tamamilə dağılıb.

0.037467956542969