“Öz növbəsində infarkta və ani ölümə gətirib çıxaran aterosklerozun inkişafını saç vasitəsilə qabaqcadan bilmək olar”.
Bunu kardioloq Konstantin Krulev deyib.
Onun sözlərinə görə, ağ tellərin vaxtından əvvəl görünməsi aterosklerotik piləklərin erkən əlaməti ola bilər.
İspan alimləri bunu sübut ediblər. Onlar 42-64 yaş arası 500-dən çox kişinin iştirak etdiyi araşdırma aparıblar. Alimlər eksperiment yolu ilə müəyyən ediblər ki, ağ saçların görünməsi həqiqətən aterosklerozun əmələ gəlməsilə mütənasibdir.
Bununla belə, qadınlarda bu əlaqə aşkarlanmayıb. Lakin bu ona görədir ki, araşdırmada iştiraka razılıq verən qadın tapılmayıb.
Mənbə: Strasti.ru