Bu gün Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini üçüncü dəfə raket atəşinə tutmasından üç il keçir.
BakuPress.Az xatırladır ki, 2020-ci il oktyabrın 8-də Ermənistan Vətən müharibəsində məğlubiyyətinin acığını mülki əhalidən çıxmaq üçün Gəncəni növbəti dəfə atəşə tutub.
Nəticədə ölən və yaralanan olmayıb.
Qeyd edək ki, Ermənistan Gəncəni birinci dəfə 2020-ci il oktyabrın 4-də, ikinci dəfə isə oktyabrın 5-də raketlərlə atəşə tutub.