Azərbaycan Respublikasının İsraildəki səfirliyi burada yaşayan vətəndaşlarımıza çağırış edib.
Bu barədə səfirlik “X” sosial şəbəkəsində paylaşım edib.
Qeyd olunub ki, ölkədə müdafiə qüvvələri tərəfindən müharibə vəziyyəti elan edilib.
“Bununla əlaqədar, Azərbaycan vətəndaşlarına ölkədaxili səfərlər etməməyi, təhlükəsizliyə riayət etməyi, ehtiyatlı olmağı, yerli dövlət qurumlarının verdiyi təlimatlara uyğun davranmağı tövsiyyə edirik” - deyə paylaşımda qeyd olunub.
Azərbaycanın İsraildəki səfirliyinin fövqəladə hallar üçün əlaqə vasitəsi: +972 50 356 95 82